Şənbə , Noyabr 17 2018
azfa

Türk Parlament Assambleyasının (TürkPA) yubiley toplantısının yeri və vaxtı məlum oldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Milli Məclisində Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) Hüquqi məsələlər və beynəlxalq əlaqələr komissiyasının altıncı iclası keçirilib.

Türkiyə Böyük Millət Məclisinin üzvü, komissiyanın sədri İsmət Uçmanın sədrlik etdiyi iclasda Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyədən olan parlament nümayəndələri və ekspertlər iştirak ediblər.

İ.Uçma qeyd edib ki, keçən 10 il ərzində TürkPA üzvləri tərəfindən bir çox uğurlara imza atılıb: “Keçirilən toplantılar, müxtəlif mövzulardakı konfranslar, təcrübə mübadiləsi sayəsində qardaş ölkələrimiz arasında parlament səviyyəsində əməkdaşlığın daha da genişləndirilməsi çox əhəmiyyətlidir. Bu il noyabrın 20-də İzmirdə TürkPA-nın 10 illiyi qeyd ediləcək. Ümid edirəm ki, 10 il ərzində gördüyümüz işlər gələcək üçün yol xəritəsi ola biləcək”.

Sonra millət vəkili Cavanşir Feyziyev gündəlikdəki məsələlərlə bağlı fikirlərini səsləndirib. Bildirilib ki, son 3 il ərzində keçirilən toplantılar çox önəmli və faydalıdır. TürkPA-nın fəaliyyətdə olduğu 10 il ərzində ortaya türk dünyası üçün əhəmiyyətli olan çox böyük işlər qoyulub. Bütün bunlar təqdirəlayiqdir və gələcək üçün böyük vədlər verən fəaliyyətdir.

TürkPA-nın baş katibi Altınbek Mamayusupov İslam dünyasında ilk demokratik respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə xalqımıza təbriklərini çatdırıb. Cari ilin önəmli tarixlərlə zəngin olduğunu deyən A.Mamayusupov bildirib ki, Qazaxıstanda da Astana şəhərinin qurulmasının 20, qazax ədəbiyyatının məşhur və önəmli şairlərindən biri Maqcan Cumabayevin 125 illiyi, Qırğızıstanda isə türk dünyasını və mədəniyyətini dünyaya tanıtdıran böyük qırğız yazıçısı Çingiz Aytmatovun 90 illiyi ilə bağlı tədbirlər keçirilir.

İclasda “TürkPA katibliyinin Maliyyə Əsasnaməsi”, “TürkPA-nın Göstərdiyi Xidmətə görə Medalları və Medal Vəsiqələrinin Əsasnaməsi”, “2017-ci il üçün TürkPA katibliyinin icrasının illik auditi”, “TürkPA-ya üzv dövlətlərin terrorizmə qarşı mübarizə haqqında qanunvericiliyə dair ortaq mövqeyinin müəyyənləşdiriməsi üzrə hesabat məruzəsi” layihələri ətraflı müzakirə edilib.

 

Həmçinin yoxlayın

Güney Azərbaycan İstiqlalçılar Birliyinin (GAİB) Əhvazın ərəb fəallarının fars rejim tərəfindən edamını pisləyən bildirişi

GADTB: Rejim zülm altında olan millətlərin müqaviməti qarşısında aciz qalıb. Bir daha irqçi İslam Respublikası …

Azərbaycan Respublikası Fransaya etiraz notası verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycanın Fransadakı səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir