Türk PUA-ları Liviyada düşməni darmadağın etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Liviyada Xəlifə Haftara bağlı qüvvələr paytaxt Tripoliyə hücum zamanı ağır itkilər verib.

“Yeni Akit” nəşrinin məlumatına görə Sirt şəhərinin qərbindəki Əl-Vaşka bölgəsində bir neçə gündür davam edən döyüşdə ən az 53 terrorçu, o cümlədən yüksək rütbəli zabit öldürülüb.

Tripolinin cənubunda və Raşfananın şərqində də Haftara bağlı 16 əsgər məhv edilib. Yaraqlıların mülki əhalini hədəf almasından sonra Liviya Milli Razılıq Hökumətinə bağlı qüvvələr qurudan hücuma keçib.

Türkiyənin ölkədə olan pilotsuz uçan aparatları (PUA) isə Haftara bağlı əsgərləri və hərbi avtomobilləri havadan bombalayıb. Ölənlər arasında general-mayor Əli Sidi və komandir Saber Əl-Mutahar da var.

Həmçinin yoxlayın

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Azərbaycanlı fəal Əhəd Seyfxah zaminə buraxıldı

GADTB: Azərbaycanlı milli fəal Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah dünən Təbrizin mərkəzi zinanından istintaq prosesinin …

Bir cavab yazın