Şənbə , Aprel 20 2024
azfa

Türk Şurası turizm mövzusunu müzakirə edəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türk Dövlətlərinin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv ölkələr ilə müşahidəçi ölkə Macarıstanın turizm nazirləri yeni növ koronavirus (Covid-19) epidemiyası səbəbiylə turizmdə görülən tədbirlər və sektorun yenidən istifadəyə verilməsilə əlaqədar mövzuları müzakirə edəcəklər.

Şura tərəfindən verilən məlumatda 22-23 iyun tarixləri videokonfrans formatında keçiriləcək yığıncaqda üzv ölkələr Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan ilə Macarıstanın turizm üzrə nazirlərinin iştirak edəcəyi bildirilib.

Məlumatda bildirilib ki, yığıncaqda epidemiyadan ən çox təsirlənən sektorlardan biri olan turizm sahəsində üzv və müşahidəçi ölkələr arasında əməkdaşlığın gücləndirilməsi müzakirə ediləcək. Bu çərçivədə iştirak edən nazirlər ölkələrindəki turizmin hazırkı vəziyyəti ilə üzv və müşahidəçi ölkələr arasında turizm əlaqələrinin inkişafı haqqında fikir mübadiləsi aparacaqlar.

Yığıncaqda tarixi İpək Yolu marşrutu üzrə turistik turları və layihənin tanıdılması mövzusunu əhatə edən “Türk Şurası Müasir İpək Yolu Birgə Səyahət Layihəsi” də müzakirə ediləcək.

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın