Bazar ertəsi , Oktyabr 21 2019
azfa

Türk Şurasının Macarıstan ofisinin açılış mərasimi keçirildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Macarıstanın paytaxtı Budapeştdə  Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının (Türk Keneşi-Türk Şurası) Nümayəndəliyinin açılış mərasimi keçirildi.

Macarıstanın paytaxtı Budapeştdə  Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının (Türk Keneşi-Türk Şurası) Nümayəndəliyinin açılış mərasimi keçirildi.

Budapeştdə keçirilən açılış mərasimində xarici işlər naziri Mövlud Çavuşoğlu, Macarıstanın xarici işlər və xarici ticarət naziri Petər Szijjarto, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdi, Qırğızıstanın xarici işlər naziri Cingiz Aydarbekov və Türk Şurasının baş katibi Bağdad Amrəyev iştirak etdi.

Mövlud Çavuşoğlu mərasimdə etdiyi çıxışda “Türk xalqlar və bizim üçün qürur duyduğumuz bir gündür, çünki bu Nümayəndəliyin açılması ilə Türk Şurasının əhəmiyyəti daha da artır. Bu ailə böyüyür, xüsusilə gömrük, ticarət, strüktür sahələrində Türk Şurasının rolü əhəmiyyətlidir” dedi.

Türkiyə və Macarıstan arasındakı əlaqələrin çox yaxşı səviyyədə olduğunu bildirən Çavuşoğlu Macarıstanın qədim ənənələri davam etdirmə mövzusunda əhəmiyyətli rol üzərinə götürdüyünü dilə gətirdi.

Türk Keneşi ofisinin Budapeştdə açılmasının Macarıstan ilə eyni dəyərlərin bölüşüldüyünün göstərici olduğunu vurğulayan Çavuşoğlu “Türk Şurası sadəcə Türk Cümhuriyyətləri arasındakı əlaqələri deyil, Macarıstan ilə olan əlaqələri də inkişaf etdirir.  Ofisin Türk dünyası ilə Avropa xalqları və qurumları arasındakı əlaqələri də gücləndirəcəyinə, iki coğrafiyada fəaliyyət göstərən iş xadimləri arasındakı ünsiyyəti artıracağına inanıram” ifadələrini işlətdi.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov isə Macarıstanın Türk Şurası ilə olan əlaqələrini inkişaf etdirmək üçün atdığı addımlara görə məmnunluğunu dilə gətirdi.

Macarıstanın xarici işlər və xarici ticarət naziri Petər Szijjarto da ölkəsinin hər zaman Şərq və Qərbin əməkdaşlıq etməsi üçün fəaliyyət göstərdiyini və Türk Şurasının Budapeştdə ofis açması qərarının da bunun sübutu olduğunu söylədi.

Qırğızıstanın xarici işlər naziri Cingiz Aydarbekov da Budapeşt ofisinin Türk Şurası və Macarıstan arasındakı əlaqələri inkişaf etdirmək üçün faydalı olacağını inandığını bildirdi.

Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdi isə Macarıstanın Türk Şurasına keçən il müşahidəçi üzv olduğunu, bu gün isə Avropada Türk Şurasının ofisinin xidmətə açıldığını dilə gətirdi. 

Türk Şurasının baş katibi Bağdad Amrəyev də etdiyi çıxışda Budapeştdə açılan ofis ilə Türk Şurasının daha da böyüyüb, gücləndiyini və bu günün tarixi bir an olduğunu vurğuladı.

Bu arada, xarici işlər naziri Mövlud Çavuşoğlu qırğızıstanlı həmkarı ilə ikilikdə keçirdiyi görüşdə iki ölkə arasındakı əlaqələrlə, ticarət həcminin artırılması mövzusunu müzakirə etdi. 

Çavuşoğlunun səfəri çərçivəsində Macarıstanın baş naziri Viktor Orbanla görüş keçirəcəyi gözlənilir.

Bunu da qeyd edək ki, Türk Dövlətlərinin Əməkdaşlıq Şurası türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığa yardım edən beynəlxalq hökumətlərarası təşkilatdır. Təşkilat türkdilli ölkələrin dövlət başçılarının 3 oktyabr 2009-cu il tarixində Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılıb. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə təşkilatın təsisçi üzvləridir.

Bu yaxınlarda Özbəkistan Türk Şurasına üzv olmaq barədə qərar qəbul edib. Türkmənistan isə müşahidəçi dövlət kimi Türk Şurasına üzv olmaq niyyətindədir.

Xatırladaq ki, Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü oktyabrın 14-15-də Bakıda keçiriləcək.

Həmçinin yoxlayın

Terrorçu PKK Türkiyəni antiterror əməliyyatına məcbur edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə və ABŞ arasında rəsmi Ankaranın Suriyada hərbi …

İrqçi fars rejim Abbas Lisaninin vəkili Məhəmmədrza Fəqihi yaxaladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim  azərbaycanlı milli-mədəni fəal Abbas Lisaninin …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir