Türk yurdu Krım hələ Rusiya işğalında qalacaq

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, türk yurdu Krım hələ Rusiya işğalında qalır və bu bölgənin azad edilməsi istiqamətində ciddi irəliləyiş yoxdur.

Ukraynanın Müvəqqəti işğal edilmiş ərazilər və daxili məcburi köçkünlərlə işlər üzrə nazir müavini Georgi Tuka “112 Ukrayna” televiziyasına müsahibəsində bu barədə deyib ki, Ukrayna hələlik Krımı işğaldan azad etmək gücündə deyil.

O qeyd edib ki, Kiyev hazırda siyasi bəyanatlarla kifayətlənmək məcburiyyətindədir:

“Uzunmüddətli perspektivdə Krım və Donbas Ukraynanın olacaq. Rusiya öz fəaliyyətlərinə görə məsuliyyət daşıyacaq”.

Həmçinin yoxlayın

Zərşuran kəndində əhali etiraza qalxıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Qərbi Azərbaycan əyalətinin Zərşuran kəndində azərbaycanlı əhali martın …

İran Araz çayının radiasiya ilə çirklənməsini inkar edir

GADTB: “Arsheh Online” saytı xəbər verir ki, Araz çayı çirklənib və Ərdəbil əyalətin xərçəng xəstəliyinə …

Bir cavab yazın