Şənbə , Aprel 20 2024
azfa

Türkiyə azad etdiyi ərazilərdə saxlanılan İŞİD-çilər və ailələrini nəzarət altına aldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Suriyanın şimalındakı “Sülh çeşməsi” (Barış Pınarı) hərəkatı çərçivəsində terrorçulardan təmizlənmiş sahələrdəki həbsxanalarda tutulan İŞİD ünsürləri və onların düşərgələrdəki ailələri Türkiyənin nəzarətindədir.

Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy açıqlama verib. O bildirib ki, bu nəzarət Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ Prezidenti Donald Trampla son telefon danışıqlarına uyğun olaraq aparılacaq:

“İŞİD üzvlərinin və ailələrinin bu mərhələdə Suriyanın terrorçulardan təmizlənmiş bölgələrində saxlanılması istimaqətində işlər görüləcək. İŞİD-çilərin cinayətlə əlaqəsi olmayan həyat yoldaşlarının və uşaqlarının reabilitasiyası məsələsində vətəndaşı olduqları ölkələr və beynəlxalq təşkilatlarla birlikdə çalışmağa hazırıq.

Digər tərəfdən, hələlik həll kimi Suriyada saxlanılan xarici terrorçu döyüşçülərin və onların ailələrinin mənsub olduqları ölkəyə geri qaytarılması, mühakimə olunması və reabilitasiyası məsələlərinin olduğu bilinməlidir. Türkiyə beynəlxalq cəmiyyətin bu istiqamətdə etdiyi cəhdlərə hər cür dəstək verməyə damam edəcək“.

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın