Cümə axşamı , Mart 28 2024
azfa

Türkiyə Çexiyanın ermənipərəst qərarına qınadı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Çexiya parlamenti Senat qanadının 1915-ci il hadisələrilə bağlı verdiyi ermənipərəst qərarına reaksiya bildirib.

Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında yazılır: “Qərar iki ölkənin münasibətinə xələl gətirən, birtərəfli, əsassız fikirlərə əsaslanan, təhrif olunmuş zehniyyətin Çexiyada hələ də təsirli olduğunu göstərir. Bu qərar dünyanın yeni növ korona virusu (Covid-19) epidemiyası ilə mübarizə apardığı bir vaxtda Senatda bir neçə nəfərin hansısa mühitdə qəbul etdiyi və arxasında məkrin dayandığını ortaya qoyur.

Avropa İnsan Hüquqları Məhkəməsi 2015-ci il tarixli 173 və 231-ci maddələrini təsbit edərək 2017-ci ildə ikinci dəfə təkrar qərar qəbul etdi, 1915-ci il hadisələrinin tarixi mübahisədən başqa bir şey olmadığını vurğuladı.

Çexiyanın qərarı tarixi mövzunu siyasət və müəyyən dairələrin maraqlarına tabe etdirdiyi üçün qəbuledilməzdir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 24 apreldə ölkənin erməni patriarxına göndərdiyi məktubunda “Ortaq bir ağrını paylaşdığımızı diqqətə almağınızı təmənna edirik” deyə belə qeyd edib. 

Çexiya parlamentini Lozanna Sülh Müqaviləsinin müddəaları, beynəlxalq məhkəmə qərarları, hüququn tarixi və cari qaynaqlarına hörmət etməyə çağırırıq.

Türkiyə hökuməti bu qərarı əsassız, gündəlik mənafelər arxasınca qaçan, tarixi masa başında yazmaq istəyənlərin faydasız səyləri hesab edir”.

Qeyd edək ki, Çexiyanın xarici işlər naziri Tomas Petricek bu qərarın “hökumətin münasibətini əks etdirmədiyi”ni bildirib.

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın