Türkiyə Liviyanı Suriya gününə salmaq üçün göndərilmiş Rus müdafiə sistemini vurddu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Liviya Milli Birlik Hökumətinin ordusuna məxsus Türkiyə istehsalı olan pilotsuz təyyarə paytaxt Tripolidən 140 kilometr məsafədə yerləşən Vatiyyə hərbi bazasına hava zərbələri endirib.

Hava hücumu nəticəsində Rusiya istehsalı olan “Pantsir” hava hücumundan müdafiə sistemi məhv edilib. Ölənlərin olduğu bildirilir. Məlumata görə, müdafiə sistemi general Xəlifə Haftarın nəzarətindəki bazaya Birləşmiş Ərəb Əmirlikləri tərəfindən yerləşdirilib.

Bu arada isə BMT Təhlükəsizlik Şurasının Liviyaya qarşı Sanksiya Komitəsinin gizli hesabatı mətbuata sızıb.

“Blumberq” agentliyi yazır ki, BƏƏ-yə məxsus iki şirkətin qiyamçı Xəlifə Haftarın Tripolini ələ keçirməsinə dəstək üçün ölkəyə Qərbin muzdlu əsgərlərini göndərdiyi bildirilib.

Adlarının açıqlanmamasını istəyən iki diplomat hesabat barədə danışarkən qeyd edib ki, həmin əsgərlərin “Lancaster 6 DMCC” və “Opus Capital Asset Limited FZE” şirkətləri ilə əlaqəsi olub:

“Həmin şirkətlər də Haftar ordusuna helikopter və PUA-lar göndərib. Əsgərlərin vəzifəsi Liviya hökumətinə göndərilən silah-sursatın helikopter və qayıqlarla qarşısını almaq olub”.

Həmçinin yoxlayın

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Azərbaycanlı fəal Əhəd Seyfxah zaminə buraxıldı

GADTB: Azərbaycanlı milli fəal Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah dünən Təbrizin mərkəzi zinanından istintaq prosesinin …

Bir cavab yazın