Cümə , Sentyabr 20 2019
azfa

Türkiyə NATO ilə əlaqələri dayandırmağı düşünmür

GADTB-nin Mətbuat Mərkəzinin “APA” xəbər agentliyinə istinadən yaydığı məlumata görə, bu barədə Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın “France 24” telekanalına müsahibəsində açıqlama verib.

Türkiyənin 50 ildən çoxdur NATO-nun güclü bir mütəffiqi olduğunu söyləyən İ. Kalın bildirib ki, baş verən son hadisə diqqətlə araşdırılmalıdır: “Bu, qəbuledilməzdir. İndiyədək çoxlu sayda təlimə qatılmışıq. Bunu kim edib, fotoları oraya kim qoyub? İntizamlı bir hərbi sistemdə, ittifaqda belə bir şey necə ola bilər? Təbii ki, olay diqqətlə araşdırılmalı və təhqiqat aparılmalıdır”.

İ. Kalın “Türkiyə NATO ilə əlaqələrini kəsməyi düşünürmü?” sualına “xeyr” cavabını verib. “Hələ də NATO-nun sağlam və açıq müttəfiqisinizmi?” sualına isə sözçünün cavabı belə olub: “Bəli. NATO-nun önəmli bir müttəfiqiyik”.

Xatırladaq ki, bir gün əvvəl Türkiyə prezidentinin mədəniyyət məsələləri üzrə müşaviri Yalçın Topçu NATO ilə münasibətlərə yenidən baxılmasının zəruriliyini bildirmişdi. Onun fikrincə, NATO öz üzvlərinə düşməncəsinə yanaşan bir təşkilatdır.

Xatırladaq ki, NATO-nun Norveçdə keçirilən təlimi zamanı Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün fotosu “düşmən liderlər”in arasında göstərilib. Kompüter simuilyasiyasında isə R. T. Ərdoğan “düşmən liderlərə yardım edən lider” qeyd olunub. Olaydan sonra bu əməllərə yol verən şəxslərlə əməkdaşlığı dayandırıb, Türkiyədən həm şifahi, həm də yazılı şəkildə üzr istəyib.

Həmçinin yoxlayın

Türk Şurasının Macarıstan ofisinin açılış mərasimi keçirildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Macarıstanın paytaxtı Budapeştdə  Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının (Türk …

Hoffman: “Aramko”ya hücumun məsuliyyətini İran daşıyır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ Müdafiə Nazirliyinin sözçüsü Conatan Hoffman deyib ki, …