Çərşənbə axşamı , Oktyabr 20 2020
azfa

Türkiyə Şərqi Aralıq dənizində təbii qaz yatağı aşkarladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin Şərqi Aralıq dənizində enerji axtarışları nəticə verib.

Fatih” qazma gəmisi 170 milyard kub-metr təbii qaz yatağı aşkar edib.

“Fileleftheros” yunan nəşrinin xəbərinə görə, Baf adası sahillərində axtarış edən gəmi vəzifəsini uğurlu şəkildə tamamlayıb. Xəbər Avropa İttifaqı mənbələrinə istinadən verilib.

Həmçinin qeyd olunub ki, Türkiyənin ABŞ və Avropa İttifaqı tərəfindən sanskiyalara məruz qalması təhlükəsi onu geri addım atmağa məcbur edə bilməyib.

Cənubi Kipr Yunan Muxtariyyəti mediasına açıqlama verən Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu yunanların əməkdaşlıq etməyəcəyi təqdirdə, ölkəsinin enerji axtarışlarına davam edəcəyini deyib: “Türkiyə Şərqi Aralıq dənizində ən uzun sahilə sahib ölkə olaraq öz haqq və mənfəətlərini qoruyacaq. Ölkə olaraq dediyimiz sözləri meydanda həyata keçiririk. Beləcə, yunanların türkləri kənarlaşdıraraq enerji axtarışı aparmalarına öz addımlarımızla cavab veririk”.

Qeyd edək ki, Avropa İttifaqı Türkiyənin enerji axtarışlarını qanunsuz adlandırmış və bununla bağlı sanksiya tətbiq edəcəyini açıqlamışdı.

Həmçinin yoxlayın

GADTB başqanı Əjdər Tağızadənin Zəngilan şəhəri və 20-dən artıq kəndin azad edilməsi münasibətilə təbrik mesajı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbacan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın …

Azərbaycan ordusu Zəngilan şəhəri və Azərbaycan kəndlərini erməni işğalından azad etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan ordusu Zəngilan şəhəri, eləcə də Zəngilan, Füzuli, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir