Türkiyə türk düşmanı Ermənistana da yardım etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə türk düşmanı Ermənistana da koronavirusla mübarizədə yardım etdi.

Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın, Ermənistan və İsrailin yeni korona virusu ilə mübarizədə Türkiyədən yardım istədiklərini açıqlayıb.

“Türkiyə bir daha çətin günlərin dostu olduğunu göstərdi”,- deyə İbrahim Kalın vurğulayıb.

Türkiyə prezidentinin sözçüsü deyib ki, bu məsələdə siyasi hesablamalar edə bilmərik.

Kalın, Ermənistanın Türkiyəyə müraciətinin rəsmi olub olmadığına aydınlıq gətirməyib.

Azərbaycan mətbuatı Kalının açıqlamalarını geniş dərc edərək, Ermənistanın çox çətin vəziyyətdə olduğunu və Türkiyədən yardım istəmək məcburiyyətində qaldığını bildiriblər.

Həmçinin yoxlayın

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Azərbaycanlı fəal Əhəd Seyfxah zaminə buraxıldı

GADTB: Azərbaycanlı milli fəal Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah dünən Təbrizin mərkəzi zinanından istintaq prosesinin …

Bir cavab yazın