Cümə axşamı , Sentyabr 19 2019
azfa

Türkiyə Vaşinqtonun Suriyada təhlükəsizlik zonası yaratmaq planlarını ləngitdiyini deyir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu çərşənbə axşamı Vaşinqtonun Suriyanın şimal-şərqində “təhlükəsizlik zonası” yaradılmasına dair razılığı ləngitdiyini bildirib və lazım gələrsə, bölgənin təmizlənməsi üçün Ankaranın təktərəfli şəkildə hərəkət etməyə hazır olduğunu əlavə edib.

NATO müttəfiqləri Türkiyənin cənub sərhədi boyunca “təhlükəsizlik zonası” yaratmaq və bölgəni Suriyanın terrorçu kürd YPG döyüşçülərindən təmizlənməsi barədə razılığa gəlib. Bazar günü Türkiyə və ABŞ hərbi qüvvələri bölgədə ilk birgə patrul əməliyyatı keçirib.

Türkiyə əməliyyatların sürətlə genişləndirilməsini və terrorçu təşkilat hesab etdiyi YPG qüvvələrinin sərhəddən 32 kilometr məsafəyə geri çəkilməsini istəyərək, əraziyə Türkiyə hərbi qüvvələrinin nəzarət etməsinə çalışır.

Türkiyə və ABŞ Suriyanın şimalında birgə patrul əməliyyatı keçirib

Çavuşoğlunun bildirdiyinə görə, Vaşinqtonun indiyə kimi göstərdiyi yanaşma Türkiyədən daha çox Suriya terrorçu kürd YPG qüvvələrinə xidmət edib.

ABŞ-ın maliyyə naziri Vilbur Ross ilə nahar zamanı danıışan prezident Ərdoğan Türkiyənin Suriyadan gələn miqrantların yeni dalğasının öhdəsindən gələ bilməyəcəyini bildirib və təhlükəsizlik zonasının ən qısa müddətdə yaradılmalı olduğunu əlavə edib.

Türkiyə və ABŞ arasında son aylar bir çox məsələlər, o cümlədən Suriya siyasəti ilə bağlı fikir ayrılıqları və Ankaranın Rusiyadan müdafiə sistemləri alması ilə bağlı gərginliklər mövcuddur.

Türkiyə indiyə qədər problemlərin həllində Ərdoğanın ABŞ prezidenti Donald Tramp ilə şəxsi əlaqələrinə etibar edirdi. Ərdoğan və Tramp bu ayın sonunda Suriyadakı inkişaf, ticarət və digər ikitərəfli məsələləri müzakirə etmək üçün BMT-nin Baş Assambleyasının sessiyasında görüşəcəklər.

Həmçinin yoxlayın

Ərdəbildə azərbaycanlı siyasi məhbuslara azalıq tələbi aksiyası-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Ərdəbil şəhərində azərbaycanlı fəallar və əhali …

İrqçi fars rejim kino sahəsinin də Güney Azərbaycanda geri qalmasına səbəb olub

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanı müstəmləkə edən irqçi fars rejim, digər …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir