Türkiyə Yunanistanın türk yaxtasına atəş açmasına sərt reaksiya verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Yunanıstan Sahil Mühafizə Xidmətinə məxsus katerlər Türkiyə ərazi sularında yaxtaya atəş açıblar.

Yaxtanın kapitanı Fərhad Koray Datça limanında Türkiyənin Sahil Mühafizə Xidmətinin əməkdaşlarına bununla bağlı şikayət edib.

Məlumata görə, cümə axşamı günü Aydın sahillərindən çıxaraq Muğlaya tərəf üzən Türkiyə yaxtasına müdaxilə edib:

“Əvvəlcə havaya xəbərdarlıq atəşəi açaraq bizi Yunanıstan ərazi sularına girməyə məcbur etdilər. Amma biz Türkiyənin ərazi sularında üzürdük. Daha sonra səhər saatlarında bizə tərəf yaxınlaşan Yunanıstan sahil mühafizəçiləri tərəfindən ikinci dəfə atəşə məruz qaldıq”, – kapitan bildirib.

Türükiyənin Milli Müdafiə naziri Hulusi Akar məsələ ilə bağlı açıqlamasında Yunannıstan tərəfinin addımlarına sərt münasibət göstərib.

“Yaxşı qonşuluq münasibətləri məsələsində bütün səylərimizə, səbrimizə baxmayaraq, Egeydəki hərəkətlərinin izahı mümkün deyil”, – Akar bildirib.

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın