Türkiyədə baş verən zəlzələdə ölənlərin sayı 21-ə çatdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Elazığ şəhərində baş verən 6,8 bal gücündəki zəlzələdən sonra ölənlərin sayı 21-ə çatıb.

Təbii Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin məlumatına görə, zəlzələdən sonra bölgədə 97 avterşok qeydə alınıb.

Məlumata görə, zəlzələ nəticəsində 772 (Malatya – 221, Elazığ – 551) nəfər xəsarət alıb.

Türkiyənin Səhiyyə Nazirliyi məlumatına görə, fəlakət bölgəsinə Türkiyənin 28 əyalətindən 493 xilasedici qrup cəlb edilib.

Zəlzələ bölgəsinə 1.689 çadır, 1.656 çarpayı və 9.200 ədyal çatdırılıb. Mobil operatorlar Elazığ və Malatyada pulsuz fəaliyyət göstərir.

Həmçinin yoxlayın

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Azərbaycanlı fəal Əhəd Seyfxah zaminə buraxıldı

GADTB: Azərbaycanlı milli fəal Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah dünən Təbrizin mərkəzi zinanından istintaq prosesinin …

Bir cavab yazın