Şənbə , Dekabr 7 2019
azfa

Türkiyədə Xocalı abidəsinin açılışı oldu-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin ən böyük vilayətlərindən biri Şanlıurfada Qarabağ parkının və Xocalı abidəsinin açılışı olub.

Açılışda yüzlərlə insan iştirak edib. Şanlıurfanın ən böyük parkı olan Azərbaycan-Qarabağ parkı min hektarlarla ərazini əhatə edir.

Şanlıurfanın mərkəzində yerləşən Azərbaycan Qarabağ parkı və Şəhidlər abidəsi, Xocalı abidəsi Azərbaycan Parlamentinin millət vəkili Qənirə Paşayevanın təşəbbüsü və təklifi ilə hazırlanıb.

Azərbaycan və Türkiyə bayrağının birgə dalğalandığı Qarabağ parkının mərkəzində qoyulan abidənin üzərində də hər iki ölkəmizin bayrağı və ümummilli liderimiz Heydər Əliyevin “bir millət, iki dövlət” sözləri yer alıb.

Eyni zamanda Xocalı soyqırımı və orada şəhid olan insanlarımızla bağlı məlumatlar və 1918-ci ildə erməni daşnakları Azərbaycanın müxtəlif bölgələrində soyqırım törətdiyi zaman Azərbaycana dəstəyə gələn Nuru Paşa rəhbərliyindəki Türk-Qafqaz İslam Ordusunun qəhrəman şəhidləri ilə də bağlı məlumatlar öz əksini tapıb.

Açılışda Şanlıurfa bələdiyyəsinin rəhbəri Nihat Çiftçi, Şanlıurfa valisi Abdullah Erin, Türkiyə millət vəkilləri, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova, QHT, media nümayəndələri və yüzlərlə yerli sakinlər iştirak edib.

Bələdiyyə rəhbəriı Nihat Çiftçi “hər zaman qardaş Azərbaycanın yanındayıq və yanında olacağıq, Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” deyib və yeni açılan parkın və abidənin Şanlıurfada böyüyən gənc nəsillər üçün önəmindən danışıb, Azərbaycan-Türkiyə qardaşlığının və işbirliyinin getdikcə daha da gücləndiyini və bundan sonra da güclənəcəyini deyib.

Millət vəkili Qənirə Paşayeva işğal altındakı bölgələrdə Ermənistanın törətdiyi vandalizm aktlarına dünya birliyinin, böyük güclərin səssiz qaldığını deyib. Çıxışda bir daha bu zülmlərin yaşanmaması üçün gəncliyin Qarabağda baş verənləri yaddaşlarına yazmağın zəruriliyi dilə gətirilib, “belə parklar və küçələr Türk dünyasının dörd bir yanında açılmalıdır” deyilib.

Həmçinin yoxlayın

ABŞ etirazlarda irqçi fars rejimin1000-dən çox etirazçını öldürdüyünü bildirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Hukun cümə …

Rejim təyin etdiyi kürd vali vasitəsilə terrorçuları Qərbi Azərbaycanın millət vəkili adı ilə məclisə göndərmək istəyir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Qərbi Azərbaycana təyin etdiyi kürd …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir