Çərşənbə , Oktyabr 28 2020
azfa

Türkiyənin Rusiyada aldığı S-400-lər yararsız qalıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, türkiyəli köşə yazarı Hüsnü Mahallı deyib ki, güney sərhədimizdəki Suriyanın hava məkanını ruslar idarə edirlər. Yəni buradan gələcək riskə S-400-lə qarşılıq vermək gülüncdür.

 “Fərat çayının şərqində ABŞ YPG-yə dəstək verir. Oradan da risk gələ bilər. Ancaq ABŞ NATO üzvü və Türkiyənin müttəfiqidir. Türkiyədə 10 bazası olan ABŞ-ın yaradacağı riskdən də danışmaq gülüncdür. Türkiy NATO üzvüdür, Suriyanı Rusiya idarə edir, İran ilə dostsan. Böyük ziddiyət var. Düşmən kimdir və bu S-400-ləri kimə qarşı istifadə edəcəksən?

S-400-lərin bu gün aktiv edilməsinə qərar verilsə belə, onun istənilən səviyyəyə çatdırılması üçün 3-5 ay lazım olacaq. Rusiyadan gətirilən sistemlərin indiyə qədər sandıqları belə açılmayıb”, – deyə o bildirib.

O, Türkiyənin hansısa başqa ölkəyə S-400-ləri satacağı ilə bağlı iddiaların real olmadığını söyləyib:

“Türkiyədən əsgərlər Rusiyaya gedərək, özəl təlim keçiblər. Bunun üçün özəl proqramlar hazırlandı və onlar Türkiyəyə verildi. Dolayısı ilə Türkiyə özünə görə hazırlanan proqramı başqa ölkəyə verə bilməz. Yəni S-400-lər ya istifadə edilməyəcək, ya da hansısa bir formul tapılıb ruslara qaytarılacaq. Beynəlxalq razılaşmalarda “Al malını, ver pulumu” deyilən bir anlayış yoxdur, ancaq tərəflər arasında dostluq içində hansısa formul yaradıla bilər”.

Həmçinin yoxlayın

Erməni təcavüzünü pislədiyinə görə İranın həbs etdiyi Əkbər Mühaciri zindana köçürülüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistanın Azərbaycan şiələrinin ərazilərinə hərbi hücumunu pislədiyinə görə …

Azərbaycan Ermənistandan öz ərazisinə edilən hücumlarla bağlı işğalçı dövlətə ciddi xəbərdarlıq etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti birgə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir