Türkiyənin yeni möhtəşəm silahının görüntüləri yayıldı – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin ASELSAN şirkəti tank və zirehli texnika üçün PULAT adlı yeni aktiv müdafiə sisteminin hazırlanmasını tamamladı.

Publika.az xəbər verir ki, Türkiyə KİV-nin dərc etdiyi görüntülərdə PULAT sisteminin köməyilə Rusiya istehsalı olan “Konkurs” tank əleyhinə raketləri və RPQ tank əleyhinə reaktiv qumbaraatanların tankla təmas etmədən məhv edilməsi görüntülənib.

Qeyd edək ki, tankların müdafiəsi üçün nəzərdə tutulan PULAT aktiv qoruma sistemi sahib olduğu radar vasitəsi ilə platformaya yönəlmiş təhdidləri aşkarlayır. Ardından fiziki məhvetmə qabiliyyəti hesabına raketləri tanka dəymədən, müəyyən məsafədə məhv edir. PULAT həm yaxın məsafədən atılan tank əleyhinə raketləri, həm də uzaq məsafədən atılan idarə olunan raketlərə qarşı 360° bucaq aıtında qorumanı təmin edir. Sistem istənilən hava və iqlim şəratində istifadə olunur.

Həmçinin yoxlayın

Zərşuran kəndində əhali etiraza qalxıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Qərbi Azərbaycan əyalətinin Zərşuran kəndində azərbaycanlı əhali martın …

İran Araz çayının radiasiya ilə çirklənməsini inkar edir

GADTB: “Arsheh Online” saytı xəbər verir ki, Araz çayı çirklənib və Ərdəbil əyalətin xərçəng xəstəliyinə …

Bir cavab yazın