Şənbə , Aprel 20 2024
azfa

Türkiyə Avropa Birliyi ölkələrini İnsan Hüquqları Bəyannaməsinə əməl etməyə çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Yunanıstanı və Avropa Birliyi ölkələrini suriyalı qaçqınlar məsələsində Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə əməl etməyə çağırır.

Bu açıqlama ilə çərşənbə günü Türkiyə Prezidenti Rəcəb tayyib Ərdoğan çıxış edib.

“Xüsusilə Yunanıstanı və bütün Avropa İttifaqı ölkələrini, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə uyğun olaraq, öz ərazilərinə gələn qaçqınlara hörmətlə yanaşmağa çağırırıq” – Rəcəb Tayyib Ərdoğan partiyasının paytaxt Ankarada partiyasının parlament toplantısında çıxış edib.

Ərdoğan, İkinci Dünya Müharibəsi əsnasında, nasist hücumlarından qaçan və Suriyaya sığınan Yunan xalqına göstərilən yardımı əks etdirən bir fotoşəkil göstərərək Yunanıstana səslənib:

“Bu fotodakı Yunan oğlan və ya qızlarından hansısa bəlkə də Yunanıstanın Baş naziri Mitsotakisin babası və ya nənəsidir” – deyə lider baş nazirə ultimatum göndərib.

Həmçinin yoxlayın

Türkiyə Azərbaycan və Ermənistan arasındakı anlaşmanı alqışladı

GADTB: Türkiyə Azərbaycan və Ermənistan arasındakı 4 kəndin qaytarılmasına dair anlaşmanı alqışlayıb. Türkiyə Xarici İşlər …

Molla rejimi həbs etdiyi Kərim İsmayılzadəyə dərmanlarının çatdırılmasına mane olub

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Kərim Bokserin dərmanlarının zindanda ona …

Bir cavab yazın