Türkiyə Avropa Birliyinin Kiprla ba]l; təklifini rədd etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avropa Birliyinin rəsmisi Cozep Borrelin Türkiyə ilə Cənubi Kipr rəhbərliyinin bir araya gəlməsi təklifinə müasibət bildirən Türkiyə XİN sözçüsü Hami Aksoy deyib ki, ölkəmiz Kipr Respublikasını ərazisini işğal edən və Kipr türklərini təmsil etməyən Cənubi Kipr rəhbərliyi ilə danışıqlar aparmayacaq.

O bildirib ki, Türkiyə rəsmiləri ilə Cənubi Kipr rəsmilərinin görüşməsi müzakirə edilə bilməz:

“Heç bir açıqlamasında Kipr türklərinin adanın təbii sərvətləri üzərində bərabər hüquqlarına toxunmayan və Kipr türklərini “yox” sayan Avropa Birliyinin bu təklifi ciddilikdən uzaqdır.

Daha əvvəl vurğuladığımız kimi, Kipr məsələsi həll olunmayana qədər karbohidrogen ehtiyatları ilə bağlı Kipr rumlarının müttəfiqi Kipr türkləridir. Bu çərçivədə Cənubi Kiprin Baş nazirinin tərəf müqabili Şimali Kiprin Xarici İşlər naziri Qüdrət Özərsaydır”.

Həmçinin yoxlayın

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Azərbaycanlı fəal Əhəd Seyfxah zaminə buraxıldı

GADTB: Azərbaycanlı milli fəal Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah dünən Təbrizin mərkəzi zinanından istintaq prosesinin …

Bir cavab yazın