Cümə , Aprel 19 2024
azfa

Türkiyə avtomobilinin təqdimatı başlayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin maraqla gözlədiyi yerli avtomobilin daha yeni bir görüntüsü sosial mediada bölüşüldü.

Türkiyənin  milli avtomobilinin təqdimatı  sabah – 27 dekabr reallaşacaq.

Türkiyənin Avtomobil Təşəbbüskarları Qrupu hər gün yerli vaxtla  saat 14.30 avtomobilə məxsu bir detalı paylaşır. Qrup daha  əvvəl də növbə ilə  maşının faraları, güzgüləri, lalə fiqurlu radyator barmaqlığı kimi  hissələrin fotoları bölüşüldü. Avtomobilin təqdimatı sabah reallaşacaq. Yerli avtomobilin ilk modeli Suv  tipli  və yüz faiz elektrikli  olacaq. Avtomobil 2022-ci ildə  satışa təqdim ediləcək. 2030-cu ilə qədər cəmi 5 modeldə buraxılacaq. Hər model üç fərqli şassi dizaynda olacaq.

Türkiyə avtomobili təşəbbüskarları Qrupunun sosial media hesabında  avtomobil ilə bağlı yeni məlumat  çatdıran fotoşəkil, təqdimat ərəfəsində  paylaşıldı.

Həmçinin yoxlayın

İsrail İranda bir sıra hədəfləri vurub

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, İsrail İsfahanda İranın nüvə proqramı ilə əlaqəli obyektlərdən, …

Avropa İttifaqı İrana qarşı sanksiyaları genişləndirəcəyini açıqlayıb

GADTB: Avropa İttifaqı (Aİ) İsrailə hücumla əlaqədar İrana qarşı sanksiyaları genişləndirəcəyini açıqlayıb. Bu barədə Aİ …

Bir cavab yazın