Şənbə , Aprel 20 2024
azfa

Türkiyə Çindən sonra məişət texnikası istehsalında dünyanın ikinci böyük ölkəsidir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Çindən sonra məişət texnikası istehsalında dünyanın ikinci böyük istehsal mərkəzinə çevrildi.

Koç Holding Davamlı İstehlak Qrupunun sədri Fateh Kamal Ebiçlioğlu dünyadaki əhəmiyyətli məişət avadanlığı istehsalçılarının hamısının Türkiyədə bu işlə məşğul olduğunu vurğuladı. 

Ebiçlioğlu “Anadolu”  xəbər agentiliyinə açıqlamasında Türkiyənin məişət texnikasında ciddi addımlar atdığını bildirdi:

“Çindən sonra dünyanın ikinci böyük istehsalçı bazasına çevrildik. İstehsalatın böyük hissəsini isə ixracata göndəririk. İxrac gücü çox yüksək olan bir sektordan söhbət gedir. İllik ixracatımız 75 milyard dollara yaxındır. Dünyadakı əhəmiyyətli istehsalatçıların hamısı bizim ölkəmizdə istehsal edir”.

Ebiçlioğlu məişət texnikası sektorunun son dövrlərdə ağıllı ev modellərilə irəli texnologiya məhsullarının danışıldığı bir sektora çevrildiyini vurğuladı.

Sektor olaraq 2020-ci ilə müsbət nəzər saldıqlarını bildirən Ebiçlioğlu “Türkiyədə sektor olaraq cəmi ixracımızın təqribən 50 faizini Avropa ölkələrinə reallaşdırırıq. Bu bazara girmək çox çətindir. Ancaq Türkiyə bu bazarda əhəmiyyətli bir hissəyə sahibdir. 2020-ci ilə müsbət nəzər salırıq. Gözləntimiz 2020-ci ilin 2019-cu ildən daha müsbət bir olacağıdır” ifadələrini işlətdi.

Həmçinin yoxlayın

Türkiyə Azərbaycan və Ermənistan arasındakı anlaşmanı alqışladı

GADTB: Türkiyə Azərbaycan və Ermənistan arasındakı 4 kəndin qaytarılmasına dair anlaşmanı alqışlayıb. Türkiyə Xarici İşlər …

Molla rejimi həbs etdiyi Kərim İsmayılzadəyə dərmanlarının çatdırılmasına mane olub

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Kərim Bokserin dərmanlarının zindanda ona …

Bir cavab yazın