Şənbə , Aprel 20 2024
azfa

Türkiyə də irqçi fars rejimin neftindən imtina edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə də Amerikanın rejimə qarşı sanksiyaları ilə əlaqədar irqçi fars rejimin neftindən imtina edir.

Bu barədə “Röyters” agentliyi dünən məlumat yayıb.

Məlumatda bildirilir ki, hətta son bir ayda İran neftini daşıyan heç bir gəmi Türkiyə limanlarına buraxılmayıb. Türkiyə, ABŞ-ın İrandan neft alan 8 ölkəyə alternativ variant tapmaq üçün istisna olaraq, 6 ay vaxt verdiyi ölkələrdən biri idi. Həmin müddət başa çatandan sonra, Türkiyənin ən böyük neft emalı zavoduna malik Tüpraş şirkəti vaxtın yenidən uzadılması məqsədi ilə Amerika hökumətinə  müraciət etsə də, rəsmi Vaşinqton, möhlətin yenidən uzadılmasına razılıq verməyib.

Qeyd edək ki, ABŞ-ın Tehrana qarşı sanksiyalardan əvvəl, irqçi fars rejim Türkiyənin neftə olan ehtiyacının 15 faizini təmin edirdi. Artıq ABŞ-ın sanksiyaları rejiminn neft ixracını azaldıb və hazırda rejimin gündəlik neft ixracatı 500 min bareldən aşağı düşüb.

Həmçinin yoxlayın

İranın İraqdakı terrorçu qrupları ciddi hücuma məruz qaldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, İranın İraqdakı yetişdirdiyi terrorçu qrupları ciddi hücuma məruz …

İsrail 3 F-35 qırıcı təyyarəsi ilə İranda nüvə obyektini qoruyan raket sistemini vurub

GADTB: İsrail 3 F-35 qırıcı təyyarəsi ilə İranda nüvə obyektini qoruyan Hava Hücumundan Müdafiə sistemini …

Bir cavab yazın