Cümə , Aprel 19 2024
azfa

Türkiyə dron yaxalayan möhtəşəm silahı istehsal edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin “Harb Arge” şirkəti dronlarla mübarizə üçün xüsusi silah hazırlayıb.

Şirkət partlayıcı qurğu daşıyan kiçik dronların dinc sakinlər üçün artıq böyük təhlükəyə çevrildiyini və bu səbəbdən 2,5 kq çəkidə elektromaqnit ES-60 silahını yaratdığını bildirib.

Bu silahlar 3 km-dən dronu məhv etməyə qadirdir. Mütəxəssislərin hazırladığı yeni qurğu dronu təkcə məhv etməyə deyil, həmçinin yaxalamağa, üzərində quraşdırılan sistemi sıradan çıxarmağa da imkan verir.

Qeyd edək ki, yeni silahın detallarının 70 faizi Türkiyə istehsalıdır və yaxın zamanda ES-60-ın kütləvi istehsalı nəzərdə tutulur.

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın