Şənbə , Aprel 20 2024
azfa

Türkiyə dünyada oxşarı olmayan silah istehsal etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə dünyada oxşarı olmayan silah istehsal etdi. Türkiyə ordusunun pilotlu və pilotsuz təyyarələr sənayesini gücləndirmək üçün yerli istehsalını inkişaf etdirməkdə davam edir.

Müdaifə Sənayesi Nazirliyi bu istiqamətdə yeni addımlar atıb və dünyada bənzəri olmayan “Akıncı” pilotsuz uçuş aparatı istehsal edib.

“Akıncı” layihəsi çərçivəsində 24 saat havada qala bilən 4,5 ton ağırlığında pilotsuz uçuş aparatı 900 kq faydalı, 450 kq daxili faydalı yük daşıya bilir. Qanadları açıq şəkildə ikən eni 20 metr olan aparat Milli Elektron Dəstək Podu, radar sistemi və peyk xəbərdarlıq sistemi daşıyır.

Türkiyə bu sinifdə PUA istehsal edən 3 ölkədən biridir. “Akıncı” gələcəkdə MAM-L, MAM-C, Cirit, L-UMTAS, Bozok, MK-81, MK-82, MK-83, (KGK)-MK-82, Gökdoğan, Bozdoğan, SOM-A kimi sursat və bombalarla təchiz ediləcək.

 

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın