Türkiyə Ermənistan sərhədində 8 terrorçunu məhv etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə ordusu Ermənistanla sərhəddə yerləşən Ağrı dağında terrorçulara qarşı əməliyyat keçirib.

Bu barədə Türkiyə Silahlı Qüvvələri rəsmi məlumat yayıb.

Məlumatda bildirilir ki, əməliyyat nəticəsində PKK-nın 8 terrorçusu məhv edilib.

“Daxili təhlükəsizliyin təmin edilməsi üçün Ağrı dağında Jandarma qüvvələrinin keçirdiyi əməliyyat nəticəsində 8 terrorçu məhv edilib, silahları ələ keçirilib. Bölgədə əməliyyat davam edir”, – məlumatda qeyd olunur.

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın