Cümə , Aprel 19 2024
azfa

Türkiyə Fransaya qondarma erməni soyqırımı ilə bağlı etiraz etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Milli Müdafiə naziri Hulusi Akar fransalı həmkarı Florens Perli ilə telefon söhbəti aparıb.

Söhbət zamanı Suriyadakı son siyasi proseslər və iki ölkə arasında müdafiə sahəsində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.

Eyni zamanda Akar danışıq zamanı Fransanın 24 aprel qondarma erməni soyqırımı ilə bağlı qərarından dolayı da narahatlığını ifadə edib.

Qeyd edək ki, Fransa Prezident Emmanuel Makron 24 aprel tarixinin qondarma erməni soyqırımını anma günü kimi elan edib və bu barədə fərman imzalayıb.

 

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın