Şənbə , Aprel 20 2024
azfa

Türkiyə hazırladığı koronavirus vaksininin istehsalına başladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Qızıl Ay Komitəsinin başçısı Kərəm Kınık koronavirus vaksini ilə bağlı açıqlama yayıb.

Komitə rəhbəri “passiv immunitet sistemi” adlandırılan hiperimmunqlobulinin sənaye istehsalına başlayacaqlarını açıqlayıb.

“Yəni, plazmadan saflaşdırılaraq əldə etdiyimiz anticismlərlə “passiv peyvənd” istehsal edəcəyik. İlk işlərimizi başa çatdırmışıq. Yeni bir pandemiyanın yayılması vəziyyətində əlimizdə kifayət qədər dondurulmuş plazma və passiv peyvənd olacaq”, – Kınık bildirib.-

Koronavirusun müalicəsində uğurları artıran üsullardan biri də plazma köçürülməsi oldu. Türkiyə dünyada koronavirus xəstələrinə plazma köçürülməsinə ən erkən başlayan ölkələrdən biridir. İndiyədək Türkiyədə 4 minə qədər insana plazma nəql edilib.

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın