Cümə axşamı , Aprel 25 2024
azfa

Türkiyə İraqın şimalında 600-dən çox PKK terrorçusunu məhv etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında Kürdüstan Fəhlə Partiyasının (PKK) terrorçularına qarşı keçirdiyi əməliyyat çərçivəsində mayın 27-dən bu günə qədər 676 PKK döyüşçüsü öldürülüb.

Hesabatda qeyd olunur ki, Türkiyə Silahlı Qüvvələri və Hərbi Hava Qüvvələri əvvəlki kimi PKK terrorçularına, o cümlədən ölkənin milli təhlükəsizliyinə təhdid yaradan digər terror təşkilatlarına qarşı fəal mübarizə aparacaq.

Qeyd edək ki, mayın 27-də Hərbi Hava Qüvvələri və Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı Hakurk bölgəsində Pençe (“Pəncə”) adlı genişmiqyaslı əməliyyata başlayıb.

Terrorçu PKK ilə Türkiyə arasındakı münaqişə 40 ilə yaxındır davam edir. Bu illər ərzində 40 mindən çox insan həyatını itirib. PKK terror təşkilatı kimi BMT və Avropa Birliyi tərəfindən tanınıb.

Həmçinin yoxlayın

Türk ölkələri Azərbaycan-Qırğızıstan arasında mühüm sənədlər imzalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və …

Molla rejimi pulsuz bilet bəhanəsi ilə Traxtur komandslnl cərimələndi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, dünən İranın Futbol Federasiyasının İntizam Komitəsi Güney Azərbaycanın …

Bir cavab yazın