Şənbə , Aprel 20 2024
azfa

Türkiyə koronavirusu üçün hazırladığı dərmanın istehsalına başlayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə koronavirusa yolxan xəstələrin müalicəsi üçün hazırladığı dərmanın istehsalına başlayır.

Dərman preparatını hazırlayan komandanın rəhbəri professor Ərcümənt Ovalı tvitterində bu barədə yazıb ki, Türkiyədə koronavirusa qarşı dərman istifadəyə hazırdır.

Professor bildirib ki, 1 aydır laboratoriya şəraitində hazırladıqları “Dornaz Alfa” adlı dərman təcili koronavirus xəstələrinin müalicəsinə cəlb edilməlidir: “Əslində, dərmanın adını 23 apreldə açıqlayacağımızı demişdik. Amma o qədər effektivdir ki, insanların həyatını xilas edə bilər. İnsanların həyatından gün oğurlamaq istəmədik. Dərman təcili şəkildə kliniki testlərdən keçirilməlidir”.

Qeyd edək ki, Türkiyənin hüceyrə müalicəsində ən tanınmış həkimlərindən biri olan Ərcümənt Ovalının işləri Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilib.

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın