Türkiyə ordusu terrorçu PKK-nın dayaq məntəqələrini məhv etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Silahlı Qüvvələri Diyarbəkir vilayətində PKK terror təşkilatına qarşı növbəti əməliyyat keçirib.

Əməliyyat nəticəsində terrorçuların 3 dayaq məntəqəsi məhv edilib.

Bundan başqa, əməliyyat çərçivəsində çoxlu sayda silah-sursat, qaz balonları, eləcə də ərzaq məhsulları ələ keçirilib.

Qeyd edək ki, Türkiyə Daxili İşlər Nazirliyinin hesabatına əsasən 2018-ci il ərzində Türkiyə ərazisində PKK-ya qarşı 87 838 əməliyyat keçirilib.

Həmçinin yoxlayın

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Azərbaycanlı fəal Əhəd Seyfxah zaminə buraxıldı

GADTB: Azərbaycanlı milli fəal Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah dünən Təbrizin mərkəzi zinanından istintaq prosesinin …

Bir cavab yazın