Türkiyə orduya daha güclü PUA-lar verəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə öz ordusuna daha güclü PUA-lar verəcək.

Bununla bağlı “Bayraqdar Akıncı” PUA-ları 2021-ci ildə fəaliyyətə başlayacaq.

Bunu Türkiyənin “Baykar” şirkətinin texniki sahə üzrə meneceri Səlcuq Bayraqdar deyib.

O bildirib ki, “Bayraqdar Akıncı” öz kateqoriyası üzrə heç bir PUA-da olmayan xüsusiyyətlərə sahib olacaq:

“Artıq PUA-ların ikinci prototipi yekunlaşdı. Hazırda üçüncü prototipi istehsal edirik. Eyni zamanda, kvalifikasiya və sınaq uçuşları da davam edir. İnşallah 2021-ci ildə orduya təhvil veriləcək. Hədəfimiz bu istiqamətdədir”.

Həmçinin yoxlayın

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Azərbaycanlı fəal Əhəd Seyfxah zaminə buraxıldı

GADTB: Azərbaycanlı milli fəal Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah dünən Təbrizin mərkəzi zinanından istintaq prosesinin …

Bir cavab yazın