Cümə , Aprel 19 2024
azfa

Türkiyə Osmanlı nəvəsi Consonun Türkiyə-Britaniya münasibətlərinə müsbət təsir edəcəyinə ümid edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Boris Consonun Britaniyanın baş naziri vəzifəsində keçməsi ilə iki ölkə arasında əlaqələrin genişlənməsində böyük rolu olacağına ümid bəsləyir.

Media və siyasətçilər tərəfindən “Osmanlı nəvəsi” adlandırılan Consonun Osmanlı İmperatorluğunun sonuncu daxili işlər naziri Əli Kamalın nəticəsi olması türklər üçün böyük şərəf hesab edilir.

Prezident Rəcəb Tayyib Ərdoğan haqda limerikləri və Türkiyəyə dair alçaldıcı şərhlərinə baxmayaraq, Conson Türkiyə mediasında “Türk Boris” adlandırılır.

Müxalif “Sözçü” qəzetinin ön səhifəsində “Osmanlı nəvəsi baş nazir oldu“ başlıqlı məqalə dərc edilib. “İngiltərənin baş naziri Çankırı kökləri ilə” sözləri Kamalın vətəninə istinadən yazılıb.

Conson kimi onun böyük babası da jurnalistikadan hökumət işinə keçmiş və bu, onun üçün uğursuzluqla nəticələnmişdi. Osmanlı İmperatorluğunun son günlərində Kamal Türkiyə respublikası yaratmaq uğrunda mübarizə aparan millətçilər tərəfindən ələ keçirilərək, edam edilmişdi.

Kamal 1903-cü ildə İsveçrəyə səfəri zamanı aşiq olduğu ingilis-isveçrəli Vinifred Brunla ailə qurmuşdu.

Twitter-də Consonu təbrik edən Ərdoğan yazıb ki, Türkiyə ilə Britaniya arasında münasibətlərin inkişafına zəmin yaranıb.

Xarici İşlər naziri Mevlut Çavuşoğlu da onu təbrik etmiş və 2016-cı ildə Türkiyə səfəri zamanı müxbirlərin Consunun Çankırı kökləri haqda sualları nümayiş etdirilən video paylaşıb.

Demirören xəbər agentliyi Çankırının Kalfat kənd sakininə istinədən bildirib ki, onlar kəndlərindən olan bir nəfərin baş nazir seçilməsindən məmnunluq hissi keçirir. Əlavə edilib ki, Consunun fərqli sarı saçları da onun türk babalarının irsidir.

Britaniyanın Mühafizəkarlar Partiyası çərşənbə axşamı Boris Consonun seçkidə qalib gələrək, partiyanın lideri və ölkənin növbəti baş naziri seçildiyini elan edib.

Conson bazar ertəsi gecə başa çatan səsvermədə 66-34 faiz səs fərqi ilə Britaniyanın xarici işlər naziri Ceremi Hantı məğlub edib.

O, oktyabrın 31-də Britaniyanı Avropa İttifaqından ayıracağına və təhsili, infrastrukturu və polis xidmətini yaxşılaşdıraraq ölkəni birləşdirib, enerji ilə təmin edəcəyinə söz verib.

Conson Tereza Meyi rəsmi olaraq çərşənbə günü əvəzləyib. Mey dəfələrlə Britaniyanın Avropa İttifaqından ayrılmasına nail ola bilmədiyi üçün istefa verib.

Conson öz çıxışında Meyə partiyaya və ölkəyə göstərdiyi “fövqəladə xidmətə” görə təşəkkürünü bildirib.

ABŞ prezidenti Donald Tramp Consonu təbrik edib və deyib ki, “o, möhtəşəm olacaq”.

Brexit prosesinin mart aynın sonunda başa çatacağı planlaşdırılırdı, lakin Avropa İttifaqı rəsmiləri Britaniya parlamentinin üç dəfə rədd etdiyi ittifaqdan ayrılmaq şərtlərini yenidən müzakirə etmək istəməsələr də, son möhlət tarixini oktaybrın 31-nə təxirə salmağa razılaşıblar.

Meyin idarəçiliyi zamanı populist xarici işlər naziri və Londonun keçmiş meri olan Conson Britaniyanı oktyabrın 31-də razılıq əldə olunmadan belə Avropa İttifaqından ayırmaq istədiyini vurğulayıb. Parlamentin bir çox üzvü isə heç bir razılıq əldə olunmadan Brexitin baş verməsinə qarşı çıxaraq bu cür addımın iqtisadi hərc-mərcliyə gətirib çıxaracağını söyləyir.

Həmçinin yoxlayın

Rafael Qrossi İranın nüvə silahı yaratmağa çox yaxınlaşdığını deyir

GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi dünən Vyanada Almaniyanın ARD dövlət televiziyasına …

Molla rejimin həbs etdiyi tanınmış azərbaycanlı fəal Pərviz Siyabini məzuniyyətə göndərib

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi həbs etdiyi Güney Azərbaycan Milli …

Bir cavab yazın