Türkiyə Patriot raketlər almaq üçün ABŞ-a sorğu göndərdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Doha (Qətər) forumunda çıxışı zamanı bildirib ki, Türkiyə ABŞ-ın “ZRK Patriot” zenit-raket komplekslərini almağa hazırdır.

“Türkiyə ABŞ-ın əvvəlki kimi müttəfiqimiz olmağına inanır və biz də onların müttəfiqiyik. Heç kim “S-400”ün alınması üzrə Rusiya ilə sazişi ləğv edə bilməz, bu saziş artıq baş tutub. Rusiyanın təklifi daha əlverişli idi. İndi biz Amerikanın “Patriot” sistemlərini almağa hazırıq və ABŞ-dan cavab gözləyirik”, – deyə XİN rəhbəri vurğulayıb.

Çavuşoğlu, həmçinin Türkiyənin Rusiyanın S-400 zenit-raket sistemlərini aldığına görə ona qarşı tətbiq edilmiş istənilən sanksiyalara cavab verəcəyi barədə xəbərdarlıq edib.

Xatırladaq ki, dekabrın 9-da Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Rusiyanın “S-400” hava hücumundan müdafiə sistemlərindən imtina etməyəcəyini bəyan etmişdi və əlavə etmişdi ki, Vaşinqtonun əlverişli təklif irəli sürdüyü təqdirdə, “ZRK Patriot” da ala bilər.

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın