Cümə , Aprel 19 2024
azfa

Türkiyə Şimali Kiprə atılan raketə reaksiya verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Şimali Kipr Türk Cümhuriyyətinə (KKTC) 1 iyul gecəsi atılan raket mərmisi ilə bağlı Türkiyənin Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Açıqlamada bildirilib ki, KKTC Taşkənt bölgəsinə düşən raket nəticəsində partlayış və yanğın baş versə də, yaşayış məntəqələrindən kənarda olduğu üçün maddi itki və tələfata səbəb olmayıb.

Türkiyə XİN hadisə ilə bağlı KKTC rəhbərliyinə və xalqına keçmiş olsun diləklərini bildirərək, hadisə ilə əlaqədar KKTC hökumətinin BMT-yə və digər aidiyyəti qurumlara müraciətinə dəstək verdiyini bildirib: “Atılan raket mərmisi ilə bağlı Şimali Kipr xalqının yanındayıq”.

Həmçinin yoxlayın

Avropa İttifaqı İrana qarşı sanksiyaları genişləndirəcəyini açıqlayıb

GADTB: Avropa İttifaqı (Aİ) İsrailə hücumla əlaqədar İrana qarşı sanksiyaları genişləndirəcəyini açıqlayıb. Bu barədə Aİ …

Belçika, Niderland, İsveç və Çexiya da SEPAH-ı terror təşkilatları siyahısına əlavə etmək istəyirlər

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Belçika, Niderland, İsveç və Çexiya da SEPAH-ı terror …

Bir cavab yazın