Türkiyə sualtı qayığını Aralıq dənizinə göndərdi – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türk Silahlı Qüvvələrinə aid TCG Gür (S357) sualtı qayığı Girnə limanına gətirilib.

Sualtı qayıq Aralıq dənizimdə qazıntı və araşdırma işləri aparan Fatih və Yavuz qazma gəmilərinin mühafizəsini təmin edəcək.

Sualtı qayıq Girnə limanında vətəndaşların ziyarətinə də açılıb.

Türkiyə və Şimali Kipr Türk Cümhuriyyətinin bayraqlarını daşıyan sualtı qayıq Barbaros Xeyrəddin Paşa araşdırma gəmisinin də qorunmasını təmin edir.

TCG Gür (S357) sualtı qayığı səssizliyi ilə müharibə şərtlərində xüsusi üstünlüyə sahibdir. Uzunluğu 62 metr, ağırlığı 1400 ton olan sualtı qayıq 50 gün ərzində suyun altında qalmaq imkanına sahibdir.

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın