Çərşənbə , Aprel 24 2024
azfa

Türkiyə təyyarə daşıyan gəmilərin istehsalına başlayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin təyyarə daşıyan gəmilərin istehsalına başlayacağı bildirilir.

Bir neçə gün əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yerli şirkətlərə aviadaşıyıcı istehsalı ilə bağlı çağırış edib.

Artıq Türkiyədə fəaliyyət göstərən “Kaptanoğlu-Desan Gəmiqayırma” şirkətindən Ərdoğanın çağırışına cavab gəlib.

Məlumata görə, şirkətin prezidenti Cenk İsmayıl Kaptanoğlu bu layihəni uğurla həyata keçirə biləcəklərini açıqlayıb:

“Aviadaşıyıcı istehsalı “Kaptanoğlu-Desan Gəmiqayırma” şirkəti olaraq bizi həyəcanlandırdı. Şirkətimiz bu layihəni yerinə yetirmək qabiliyyətinə malikdir. Türkiyəyə adından söz etdirəcək bir əsər yarada bilərik”.

Həmçinin yoxlayın

Türk ölkələri Azərbaycan-Qırğızıstan arasında mühüm sənədlər imzalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və …

Molla rejimi pulsuz bilet bəhanəsi ilə Traxtur komandslnl cərimələndi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, dünən İranın Futbol Federasiyasının İntizam Komitəsi Güney Azərbaycanın …

Bir cavab yazın