Şənbə , Aprel 20 2024
azfa

Türkiyə terrorçu PKK-nın “beynini” və çox sayda üzvünü məhv etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, terror təşkilatı PKK-nın Qəndildəki toplantı məkanlarını məhv ediblər.

Ərdoğan deyib: “Biz hazırda Qəndil məsələsi üzərində israrla dayanırıq. Orada ilk addım kimi 20 təyyarəylə 10 hədəfi vurduq. Bunlar silah anbarları idi. Təşkil edilən əməliyyatlardan sonra kəşfiyyat fəaliyyətlərimizi də davam etdirdik. Bu yeni fəaliyyətimiz zamanı yeni məlumatlara çatdıq. Yeni bilgilər əsasında əməliyyatlar həyata keçirdik. Nəticədə onların toplantı məkanlarını vurduq. Bunun nəticəsini əldə etməmişik, amma vurulduğu dəqiqdir. Bunu ilk dəfədir sizlə paylaşıram”.

Ərdoğan vurulan məkanlarda terror təşkilatının liderlərinin olub-olmaması sualına isə “böyük ehtimalla olduqlarını” deyib.

Həmçinin Türkiyə ordusunun Qəndildə terrorçu PKK mövqelərinə aviazərbələri zamanı 35 terrorçu öldürülüb, xeyli sığınacaq məhv edilib. Ordunun bölgədə əməliyyatları davam etdirdiyi bildirilib.

Həmçinin yoxlayın

Terrorçu kürdlərin Sulduzda soyqırım törətmələrinin ildönümü ilə bağlı aksiya

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 20-də Urmiyada Sulduzda terrorçu kürdlərin törətdiyi soyqırımla …

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Bir cavab yazın