Çərşənbə , Aprel 24 2024
azfa

Türkiyə türkmən və ərəblərə qarşı soyqırıma davam edən kürd terrorçularına qarşı hücuma başlayır

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, kürd terrorçular Suriyanın şimalının etnik tərkibini dəyişmək üçün türkmənlər və ərəblərə qarşı soyqırım siyasəti davam etdiyi bir anda Türkiyə silahlı qüvvələrinin hücuma keçməsi aktuallaşıb. Artıq Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun Suriyanın Fərat çayı və Münbiç bölgələrində məskunlaşan PKK/PYD/YPG terror qruplaşmalarına qarşı təşkil etdiyi hərbi hərəkatın başlanması artıq an məsələsinə çevrilib.

İlk mərhələdə Münbiç, Təl Abyad və Resulyan şəhərlərinin təhlükəsiz bölgəyə çevrilməsi planlaşdırılır. Burada ilk olaraq şəxsiyyətlərin yoxlanılması aparılacaq. Daha sonra isə infrasturktur və təhlükəsizlik xidmətləri təmin ediləcək.

Türkiyə və ABŞ arasında razılaşdırılan təhlükəsiz bölgə layihəsi mərhələli şəkildə həyata keçiriləcək. “Yeni şəfəq” qəzetinə informasiya verən mənbələrə görə, qısa müddət ərzində hərəkat aktiv ediləcək.

İlk olaraq Münbiç, Təl Abyad və Resulyan şəhərlərinin terrorçulardan təmizlənməsi gözlənilir. Bütün hazırlıqlar PKK terror təşkilatının müqaviməti və meydanda gerçəkləşdirəcəyi sabotajlara qarşı aparılır.

Terrordan təmizlənən yaşayış yerlərində şəxsiyyətlər yoxlanıldıqdan sonra bölgə sakinləri arasından seçilənlərlə məhəllə məclisləri qurulacaq. Öncəliklə, təhsil, qida, sağlamlıq, yol və elektrik kimi əsas tələbatlar nəzərə alınacaq. Daha sonra asayişin təmin edilməsi ilə bağlı təhlükəsizlik xidmətlərinə təlimlər keçiləcək. Türkiyə şəhərlərlə yanaşı, sərhədlərin təhlükəsizliyi üçün də mühafizə birliyi quracaq.

İŞİD-ə qarşı mübarizə bəhanəsi ilə Suriyaya daxil olan 5 min terrorçu da bu müddətdə bölgəni tərk edəcək. Eyn-əl-Ərəb və Haseki bölgələrində 4 fərqli düşərgə quran və əksəriyyəti Avropa İttifaqı ölkələri, ABŞ, Kanada və Avstraliya pasportu ilə yaşayan terrorçuların göndərilməsi Türkiyə üçün prioritet məsələdir. Bunların sayı 300-ə çatır.

Bəşər Əsəd rejimi Qamışlı, Dırbəsiyə, Rəsulyan, Münbiç və Hasekidəki 20 mindən çox əsgər və aşağı rütbəli zabitlərə hərbi geyim paylayıb. Dəməşq bununla Türkiyənin 30 km eni, 500 km uzunluğu olan sahədə keçirəcəyi hərəkatın qarşısını almaq üçün bölgə xalqına “nəzarət əlimizdədir” mesajını verrmək istəyir.

ABŞ-ın qüvvələrini bölgədən çəkməsi PKK terror təşkilatını təşvişə salıb və onlar Əsəd rejimi ilə görüşlərin sayını çoxaldıb. Bununla birlikdə, bölgədə yaşayanlara təzyiqlər artırılıb. Belə ki, PKK Əsəd üçün Dəməşqə 8 min terrorçu göndərmək haqda söz verib. Buna görə də 2004-cü ildə anadan olan gənclər belə məcburi şəkildə siyahıya alınır və ailələrindən qoparılaraq təşkilata üzv edilir.

Həmçinin yoxlayın

Türk ölkələri Azərbaycan-Qırğızıstan arasında mühüm sənədlər imzalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və …

Molla rejimi pulsuz bilet bəhanəsi ilə Traxtur komandslnl cərimələndi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, dünən İranın Futbol Federasiyasının İntizam Komitəsi Güney Azərbaycanın …

Bir cavab yazın