Türkiyə yeni Alpaqu PUA-larının istehsalına başlayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin Müdafiə və Mühəndislik (TMM) Qurumu daha bir kamikadze-PUA istehsal edib.

“Alpaqu” adlı kamikadze PUA-lar ilin sonuna kimi Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil ediləcək.

Qurumun yaydığı məlumata görə, dünyada “Alpaqu”ya oxşayan cəmi 2 platforma mövcuddur:

“Yeni kamikadze PUA-nın çəkisi 2 kiloqramdan azdır. “Alpaqu” kiçik ölçüsü və yüngüllüyünə baxmayaraq, hədəfi zərərsizləşdirmək üçün kifayət qədər partlayıcı maddə daşıyır. Eyni zamanda, uzun məsafə qət edə bilir və bir əsgər tərəfindən idarə olunur. Artıq PUA-nın sınaqlarına başlanılıb və uğurla nəticələnib”.

Həmçinin yoxlayın

Zərşuran kəndində əhali etiraza qalxıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Qərbi Azərbaycan əyalətinin Zərşuran kəndində azərbaycanlı əhali martın …

İran Araz çayının radiasiya ilə çirklənməsini inkar edir

GADTB: “Arsheh Online” saytı xəbər verir ki, Araz çayı çirklənib və Ərdəbil əyalətin xərçəng xəstəliyinə …

Bir cavab yazın