Şənbə , Aprel 20 2024
azfa

Türkiyə yerli istehsal olan yeni silahlarinə Afrinə göndərdi

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Türkiyənin ASELSAN və SAGE şirkətləri tərəfindən istehsal edilən “Akkor Pulat” aktiv müdafiə sisteminin sınaqları uğurla başa çatıb.

Türkiyənin Müdafiə Səneysi Nazirliyindən verilən açıqlamada sistemlərin tezliklə Afrinə göndəriləcəyi bildirilib.

Rusiya istehsalı olan “S-400”lərlə eyni məntiqdə işləyən “Akkor Pulat” Afrində davam edən “Zeytun budağı” hərəkatındakı tanklara birləşdiriləcək.

Nazilriyin nümayəndəsi İsmayıl Dəmirin verdiyi açıqlamaya görə, sistem tanklara qısa müddətdə uyğunlaşdırılacaq: ““Akkor Pulat” bu anlamda dünyada ilk dəfə müharibə zonasında istifadə edilən aktiv müdafiə sistemi olacaq”.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyənin müdafiə naziri Nurəddin Canikli hərbi fabriklərdə 5 km məsafədən nəzarət edilə bilən sistem üzərində işlədiklərini açıqlamışdı.

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın