Turkiyə Yunanıstana etiraz notası verdi

 GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Yunanıstanın Ankaradakı səfiri Mixail-Xristos Diamesis Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

Nazirlikdə səfirə Türkiyənin ərazi sularının pozulmasına və jurnalistlərin saxlanılmasına son qoyulması ilə bağlı rəsmi Ankaranın tələbi çatdırılıb.

Qeyd edək ki, martın 11-də Türkiyə Sahil Mühafizəsinin gəmiləri Yunanıstan hərbi gəmisini ərazi sularından qovub. Hadisə səhər saatlarında Egey (Əgə) dənizindəki Bodrum turizm bölgəsinin sahilində baş verib. Türkiyəyə məxsus gəmi Yunanıstan gəmisinə minimal məsafəyə qədər yaxınlaşıb və onu Türkiyə sularını tərk etməyə məcbur edib.

Həmçinin yoxlayın

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Azərbaycanlı fəal Əhəd Seyfxah zaminə buraxıldı

GADTB: Azərbaycanlı milli fəal Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah dünən Təbrizin mərkəzi zinanından istintaq prosesinin …

Bir cavab yazın