Türkiyə Yunanistanın dənizə buraxdığı daha 72 miqrantı xilas etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İzmir vilayətinin Foça qəsəbəsində Yunanıstan Sahil Mühafizəsi tərəfindən Türkiyənin sahili sularına qayıtmaları üçün dənizə buraxılan 72 miqrant xilas edilib.

Türkiyənin Sahil Mühafizə Komandanlığının əməkdaşları Aslanburnu sahillərində Yunanıstanın Sahil Mühafizəsi vəzifəliləri tərəfindən Türkiyənin sahili sularına tərəf buraxılan 4 rezin qayıqdakı nizamsız miqrantların olduğuna dair xəbərdarlığı nəticəsində bölgəyə cəlb olunub.  Komandalar aralarında qadın və uşaqların da olduğu 34 Əfqanıstan, 18 Konqo, 12 Afrika, 6 Qvineya və 2 Pakistan vətəndaşını xilas edib.

Sığınacaq axtaran şəxslər rəsmi işlərdən sonra Vilayət Köç İdarəsinə göndərilib.

Həmçinin yoxlayın

Zərşuran kəndində əhali etiraza qalxıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Qərbi Azərbaycan əyalətinin Zərşuran kəndində azərbaycanlı əhali martın …

İran Araz çayının radiasiya ilə çirklənməsini inkar edir

GADTB: “Arsheh Online” saytı xəbər verir ki, Araz çayı çirklənib və Ərdəbil əyalətin xərçəng xəstəliyinə …

Bir cavab yazın