Cümə , Aprel 19 2024
azfa

Türkiyəli nazir koronavirus təhlükəsi olan İranın nümayəndə heyətini ölkəyə buraxmadı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran dünyada sürətlə yayılan yeni tip koronavirusa görə Türkiyəyə heyət göndərmək istəyib.

Türkiyənin Səhiyyə naziri Fahrettin Koca isə İran rəsmilərinin məsuliyyətsizliyini başa düşərək heyəti qəbul etməkdən çəkinib.

 “Hürriyet”in məlumatına görə, Səhiyyə naziri İran tərəfinə “Skype” vasitəsilə təmasda olmağı təklif edib.

“İranda epidemiya sürətlə irəliləyib. Qum şəhərini karantinə almağı tövsiyə etdik, amma “ehtiyac yoxdur” dedilər. Durum ciddiləşəndə isə “necə addım atacağıq” deyib yardım istəyirlər. Bizim Elmi Şuraya heyət göndərib bilgi almaq istədilər. Biz də “gəlməyin, “Skype” vasitəsilə əlaqə quraq” dedik. Çin və bəzi ölkələrdə yayılma sürəti azalıb, ancaq İranda çoxalır”.

Həmçinin yoxlayın

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Ağdamda Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır Bu barədə …

Molla rejimi daha iki azərbaycanlı fəalı prokurorluğa çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycan Milli Hərəkatının fəallarından …

Bir cavab yazın