Türkiyənin Fransanın mahiyyətini ifşa etməsi bu müstəmləkəçi ölkəni hiddətləndirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Radio Televiziya şirkəti – TRT-nin ingiliscə yayımlanan televiziya kanalı “TRT World”ün Fransanın Afrikadakı qanlı müstəmləkəçilik tarixini əks etdirən xəbəri bu müstəmləkəçi ölkəni qəzəbləndirib.

“Afrikanın Fransa problemi” başlıqlı xüsusi xəbər buraxılışı, Fransanın hələ də ölkələri qarışdırma planlarının olduğu sözləri rəsmi Parisi hirsləndirib, Xarici İşlər Nazirliyini narahat edib.

“TRT World”ün bu xəbərində 19-cu əsrin əvvəllərindən başlayan Fransanın Afrikadakı müstəmləkəçilik tarixindən danışılır, Afrikanın əsl probleminin illərdir ölkənin təbii qaynaqlarından faydalanıb savaş çıxaran, təzyiqçi rəhbərlikləri dəstəkləyən və qitədəki hərbi baza sayını artıran Fransa olduğu dilə gətirilir. Xəbərdə vurgulanır ki, Afrika ölkələrinin zəngin uran, qızıl, almaz, neft və bir çox təbii qaynağı Fransanın nəzarətindədir. Rəsmi Paris “mədəniləşdirmə səyi” adı altında müstəmləkəçilik fəaliyyətlərini davam etdirir, ölkənin daxili işlərini qarışdırır.

“TRT World”ün bu xəbərindən sonra Fransa Xarici İşlər Nazirliyindən şərh gəlib: “Afrikanın Fransa problemi yoxdur… Afrika dövlətləri suverendir və öz qərarlarını özləri verir”.

Qeyd edək ki, Fransa Əlcəzayirdə özü soyqırım törədib, bir sıra ölkələrdə də soyqırıma bir başa səbəb olub.

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın