Türkiyә bütün hәdәlәrә baxmayaraq terrora qarşı mübarizədə yoluna davam edәcәk

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyә prezidentinin kömәkçisi Fuad Oqtay paytaxt Ankarada keçirilәn Türkiyә-Qәtәr Biznes Forumunda iştirak edib.

Oqtay Türkiyәnin bütün hәdәlәrә baxmayaraq yoluna davam edәcәyini  söylәyib.

Forumda açılış nitqi ilә  çıxış edәn Fuad Oqtay bildirib ki,  Qәtәrin ‘‘Sülh çeşmәsi’’ әmәliyyatını dәstәklәmәsi Türkiyә üçün çox әhәmiyyәtlidir.

ABŞ Nümayәndәlәr Palatasının ‘‘Sülh çeşmәsi’’ әmәliyyatı ilә bağlı Türkiyәyә sanksiya tәtbiq etmәyi nәzәrdә tutan  vә qondarma “erməni soyqırımı”nı tanıyan qətnaməsinә toxunan Fuad Oqtay deyib: ‘‘Biz bu addımları rәdd edirik. Tariximizi  vә terrora qarşı apardığımız mübarizәni  qaralamağa çalışanlar bilmәlidir ki, Türkiyә bütün hәdәlәrә baxmayaraq yoluna davam edәcәk’’.

Həmçinin yoxlayın

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Azərbaycanlı fəal Əhəd Seyfxah zaminə buraxıldı

GADTB: Azərbaycanlı milli fəal Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah dünən Təbrizin mərkəzi zinanından istintaq prosesinin …

Bir cavab yazın