Şənbə , Aprel 20 2024
azfa

Türklər öz Sak keçmişinə sahib çıxmalıdırlar

GADTB: “Anadolunun müxtəlif yerlərində arxeoloji qazıntılar zamanı tapılan sümüklərin DNT analizi təəccüblü faktları ortaya qoymaqdadır.

Herodot tarixi deyir: Pers (Pers deyil, Midiya sakları – red.) ordusu eramızdan əvvəl 635-ci ildə Zile yaxınlığındakı Saka / İskit ordusunu (Alp Ər Tunqanı) məğlub edənə qədər Saka Anadolunun hamısına hakim idilər.

Saklar e.ə. V əsrdə qızıl paltar geyinəndə o dövrdə nə rus, nə alman, nə də fransız var idi.

Bir az da geri qayıdaq …

Şumerlər (yəni orta Asiyalı Kəngərlər, əslində isə şumerlər Qafqazdan, daha dəqiq Apşerondan getmişdilər-red.), Turukkilər, “Türk” Turku Krallığına gedək …

Çünki Anadolu sivilizasiyasının qurucularının qədim Yunan sivilizasiyasına aid olduğu tezisi illərdir bizə soxuşdurulub …

Bu tarixi yalanlara bir az hirsliyik!

İndi dünyadakı Arxeologiya professorları torpaqdan çıxardıqları sümüklərin DNT-sini və həmin ərazidəki kəndlilərin DNT-lərini müqayisə etdikdən sonra şoka düşürlər …

TÜRKLƏR ÖZ SAK KEÇMİŞİNƏ SAHİB ÇIXMALIDIRLAR

Çünki onların DNT-si 97 faiz uyğun gəlirdi.

Məsələn, Antik Burdur -Sparta tarixi Ağlasun qazıntıları …

Burdur və Isparta bölgəsindəki SAGALASSOS sivilizasiyası da Ön Türkc mədəniyyəti olması ortaya çıxdı.

Belçika LEUVEN Katolik Universitetindən Prof.Dr. Matc WAELKENS, Ağlasundakı qazıntılar zamanı ortaya çıxan sümüklərin DNT-ni kəndlilərlə müqayisə etdikdə şoka düşdü. 6-8 min il əvvələ aid sümüklər ilə qazıntıda işləyən fəhlə-kəndlilərin DNT-si (97 faiz) eyni çıxdı, yəni onlar da Ön Türklərin bir kolu olan SAGALASSOS çıxdı…

Frigiyası da, Yazılıdaşı da eyni.

Urartu və Hettlilər də eyni.

Keçmişdə, Qərb arxeoloqları tapdıqlarını oğurlayaraq ölkələrinə dönürdülər, Ellin deyib, Anadolu tarixinə ad qoyaraq, bizi aldatsalar da, nəhayət özümüz əksini sübut etməyi bacardıq, şükürlər olsun …

TÜRKLƏR ÖZ SAK KEÇMİŞİNƏ SAHİB ÇIXMALIDIRLAR

Daha bir nümunə Assos Ön Türklərin bir qolu olan Leleqlər və Pelasqlar çıxdı …

Ey Atatürk, sənin, hər gün necə böyük, uzaqgörən bir insan olduğunu görməkdəyik …

Teee Alacahöyük qazıntıları söyləyəndə, qoy inanmayanlar utansın!

Kamalist tarix tezisini, təhqiramiz bir şəkildə bir kənara ataraq, “Türk Tarixi Tezisleri kitabını” məktəblərdən yığışdıranlar utansın!

…Qədim Yunan sivilizasiyasının Anadolunu qurduğu tezisinin bizə sırındığını söylədik!

Halbuki, hətta Ellinlərin 3/4-ü də türk çıxdı.

Ön Türk Pelasqlar və Şimali-Qərbi Avropa xalqı olan Dorların qarışığından Ellin xalqı meydana gəlmişdir.

Sonralar digər Ön Türk xalqları olan Trakya və Mekadonlar da bu qarışığa əlavə edildi.

TÜRKLƏR ÖZ SAK KEÇMİŞİNƏ SAHİB ÇIXMALIDIRLAR

Sırada nə var?

Əlbəttə Göbəklitəpə Ön Türk mədəniyyətini, Turukku səltənətini və Urumiyadakı Urmu nəzəriyyəsini xalqımıza öyrədəcəyik.

S.N. Kramer ilə prof. Osman Turan, Şumer dilindəki 950 söz türk dilindədir, deyincə qərbdəki diaspor tarixçiləri sus-pus oldular…

Ahh bu sözlər türkcə deyil, məsələn, Yunan və ya erməni dilində çıxsaydı, onda dünyanı ayağa qaldırardılar …

Səbəbini anladınızmı?

Nəticə: Bu gün Hun / Macarlardan, almanlardan tutmuş italyanlara (Etrusklar Ön Türklərin bir qolu), ispanlara, hətta ingilislərə və isveçlilərə qədər hər kəs, demək olar ki, bütün qərb tarixini iskitlərə/saklara bağlamaq üçün tələsirlər.

Demək olar ki, hamısı köklərini Azərbaycanın Qobustanına, Albaniyaya, Qəbələsinə və daha da şimala bağlamağa başladılar … çünki bir az geri qayıdanda tarixi köklərinin olmadığını öyrəndilər (İndi Azərbaycanın başına gətirilən faciənin kökünü anlayırsınızmı? Bilirsinizmi niyə ermənilər əl köpəyi kimi tariximiz üzərinə niyə qısqırdılıb?).

TÜRKLƏR ÖZ SAK KEÇMİŞİNƏ SAHİB ÇIXMALIDIRLAR

Antik Yunan tanrılarının belə, Misirdən oğurlandığını öyrəndilər (Herodot bunu ilk dəfə söyləmişdi, amma bunu nədənsə unutdular).

Qərb indi “Qara Atena”nı yazdı …

… Tarixlə üzləşib köklərini türklərlə bağlayırlar.

Bu əslində yaxşıdır, ticari baxımdan fürsət də ola bilər.

…Artıq Atatürk kimi türkçülüyümüzlə fəxr edə biləcəyik, təbii ki, bizim kimi dərin köklü hissləri olan Atalar etiqadına inananlar bu hissi duyacaqlar …

Bəxtiyar Aydın

26 Avqust 2018- İstanbul

Həmçinin yoxlayın

Türkiyə Azərbaycan və Ermənistan arasındakı anlaşmanı alqışladı

GADTB: Türkiyə Azərbaycan və Ermənistan arasındakı 4 kəndin qaytarılmasına dair anlaşmanı alqışlayıb. Türkiyə Xarici İşlər …

Molla rejimi həbs etdiyi Kərim İsmayılzadəyə dərmanlarının çatdırılmasına mane olub

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Kərim Bokserin dərmanlarının zindanda ona …

Bir cavab yazın