Türkmən insan haqları fəalı Yusif Kor Abbas Lisaniyə qarşı 15 il həbs qərarını pislədi – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkmənsəhra İnsan Hüquqları Müdafiəçiləri Təşkilatının Koordinasiya Şurasının üzvü Yusif Kor tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisaniyə qarşı çıxarılan 15 il həbs qərarının təsdiqlənməsini pisləyib.

Kor yaydığı videoda Abbas Lisaniyə qarşı çıxarılan həbs və sürgün qərarına etirazını bildirərək dinc yollarla mübarizə aparan fəalları həbs etməyin beynəlxalq insan haqları konvensiyalarına zidd olduğunu bildirib.

Qeyd edək ki, irqçi fars rejim azərbaycanlı milli-mədəni fəal Abbas Lisanini şərləyib və 15 il həbs, iki il sürgünə məhkum edib. Rejimin Ali Məhkəməsi isə rejimin Ərdəbildə yerləşən Apelyasiya Məhkəməsinin həmin qərəzli qərarını qüvvədə saxlayıb. Bu isə haqlı olaraq Azərbaycan türklərinin və insan haqları fəallarının etirazı ilə qarşılaşmışdır.

Türkmən insan haqları fəalı Abbas Lisani üçün 15 il həbs qərarını pisləyir

Publicerat av Ali Huseyn Fredag 10 juli 2020

Həmçinin yoxlayın

Zərşuran kəndində əhali etiraza qalxıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Qərbi Azərbaycan əyalətinin Zərşuran kəndində azərbaycanlı əhali martın …

İran Araz çayının radiasiya ilə çirklənməsini inkar edir

GADTB: “Arsheh Online” saytı xəbər verir ki, Araz çayı çirklənib və Ərdəbil əyalətin xərçəng xəstəliyinə …

Bir cavab yazın