Çərşənbə axşamı , Aprel 23 2024
azfa

Türkmənbaşıdan Xəzərdə logestika mərkəzinin yaradılmasını təklif etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Xəzər regional logistika mərkəzinin yaradılması təklifi ilə çıxış edib. Bu barədə Q.Berdiməhəmmədov I Xəzər İqtisadi Forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Xəzəryanı ölkələrin ərazisinin şərqdə Cənubi Asiya və Asiya-Sakit okean regionuna, qərbdə Qara və Aralıq dənizlərinə, cənubda İrandan keçərək Yaxın və Orta şərqə, şimalda isə Rusiyadan keçərək Baltik dənizinin sahillərinə birbaşa çıxışı var.

Türkmənistan prezidenti qeyd edib ki, belə konfiqurasiya bütün 4 istiqamətdə davamlı marşrutların yaradılması üçün imkanlar açır və onların normal işləməsi üçün Xəzəryanı dövlətlər öz aralarında yaxşı nəqliyyat əlaqəsi sistemi yaratmalıdır.

O vurğulayıb ki, region ölkələri müasir liman infrastrukturu qurmalı, effektiv logistikanı təmin etməli və nəqliyyat sahəsində əməkdaşlıq planı üzərində daha aktiv çalışmalıdır.

Həmçinin yoxlayın

Qazaxın azad edilən kəndində Azərbaycan bayrağımı qaldırıldı

GADTB: Qazaxın erməni işğalından azad edilən Aşağı Əskipara kəndində Azərbaycan bayrağı dalğalandırılıb. Bu barədə “Azadlıq” …

23 Aprel Türkiyə Milli Suverenlik və Uşaq Bayramı günüdür

GADTB: Türkiyə Böyük Millət Məclisinin (TBMM) açılışı münasibətilə təsis edilən bu bayram Türkiyə xalqının ulu …

Bir cavab yazın