Cümə , Avqust 7 2020
azfa

Urmiya gölündə suyun səviyyəsi keçən ildən daha 10 sm azalıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Urmiya gölündə suyun səviyyəsi keçən ilə nisbət 10 sm azalıb 

Urmiya Gölünün Bərpası Qərargahının Qərbi Azərbaycan üzrə rəisi Fərhad Sərxoş bu barədə məlumat verərək deyib ki, Urmiya gölündə suyun həcmi 4.53 milyard kubmetə düşüb. Ötən ilin oxşar dövrü ilə müqayisədə suyun həcmi 31 milyon kubmetr azalıb.

Sərxoş həmçinin deyib ki, su səviyyəsi keçən illə müqayisədə 10 santimetr azalıb. Həmçinin gölün ərazisi 3 min 74 kvadrat kilometr olub. Yəni keçən illə müqayisədə 66 kvadrat kilometr azalıb.

Qeyd edək ki, Həsən Ruhani yalandan idda edirdi ki. Urmiya gölünü qurtarıblar. Lakin faktlar göstərir ki, onun sözləri yalandır və azacıq artım da yağıntının artması ilə bağlı idi ki, o da artıq quruyub.

Həmçinin yoxlayın

GADTB üzvləri GADTB başqan müavini sayın Eldar Qaradağlını doğum günü münasibətilə təbrik edir

GADTB-nin Mətbuat Mərkəzinin məlumatına görə, GADTB üzvləri GADTB başqan müavini sayın Eldar bəy Qaradağlını doğum …

Azərbaycan şairi Əliağa Vahidin 125 illiyi ilə bağlı marka buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir