Çərşənbə axşamı , Aprel 16 2024
azfa

Urmiya Sənaye Universitetində rejim Azərbaycan türkcəsi və ədəbiyyatı fənnini ləğv etdi

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, rejim Urmiya Sənaye Universitetində növbəti smester üçün təqdim edilən fənlər siyahısında könüllü şəkildə seçilən Azərbaycan türkcəsi və ədəbiyyatı fənnini ləğv edib.

Azərbaycan türkcəsi və ədəbiyyatı fənnini ləğv edilməsi azərbaycanlı öyrənciləri ciddi narahat edib.

Universitetin təlim işləri üzrə prorektoru dr.Vəhid Soluk bildirib ki, proqramın tərtibi üçün lazımi fürsət olmadığı üçün bu semesrterə Azərbaycan türkcəsi fənninin verilmədiyini bildirib.

Azərbaycanlı öyrəncilər məsələdən xəbər tutduqdan sonra etiraz edib və yenidən Azərbaycan türkcəsi və ədəbiyyatının proqrama salınmasını tələb ediblər.

Qeyd edək ki, azərbaycanlı öyrəncilərin uzun illər mübarizəsindən sonra Azərbaycan türkcəsi və ədəbiyyatı fənni iki vahid şəkilində Urmiya Sənaye Universitetində tədris edilirdi. Fənnin tədrisinə Elm, Tədqiqat və Texnologiyalar Nazirliyi tərəfindən icazə verildikdən və universitetin təlim şurasında təsdiqləndikdən sonra başlanmışdır.

 

Həmçinin yoxlayın

Qadınlar molla rejimin hicab zorakılığına qarşı dirənməyə davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, molla rejimi yenidən qadınlara məcburi hicaba görə vəhşilik …

Rus sülhməramlıları Xudavəng monastır kompleksini tərk edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Azərbaycan ərazisinə müvəqqəti yerləşdirilən rus sülhməramlılar 10 apreldə …

Bir cavab yazın